idman

Yuri Maksimov altıncı ukraynalı ola bilər

  • 20 Apr 2018
  • 176195 baxış

Bakının "Keşlə" futbol komandasının baş məşqçisi Yuri Maksimov ölkə xaricində titul qazanan altıncı ukraynalı mütəxəssis ola bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Y.Maksimov bunun üçün Azərbacan Kubokunun finalında həmyerlisi Roman Qriqorçukun sükanı arxasında olduğu "Qəbələ"ni üstələməlidir. R.Qriqorçuk isə kubok sevincini artıq iki dəfə yaşamağa müvəffəq olub. O, 2005 və 2007-ci illərdə "Ventspils"in baş məşqçisi qismində Latviya Kubokunu əldə edib.

Həmçinin, 1992-ci ildə Oleq Bloxin "Olimpiakos"un sükanı arxasında Yunanıstan Kubokunu qazanıb. Semyon Altmanın "Zimbru"su 1998 və 1999-cu illərdə həm Moldova çempionu, həm də ölkə kubokunun qalibi olmaqla, iki dəfə "qızıl dubl" edib.

Aleksandr Zavarov 1994-cü ildə "Vil" klubu ilə İsevçrə kubokunu qazanmaqla yanaşı, komandanı yüksək dəstəyə çıxarıb. "Neftçi"nin sabiq baş məşqçisi Anatoli Demyanenko isə Asiya Konfederasiyalar Kubokunu başı üzərinə qaldırıb. O, 2011-ci ildə Özbəkistan "Nasaf"ı ilə bu uğura imza atıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 28-də Qəbələdə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR