idman
At minmək iranlı deputata baha başa gəldi
İran parlamentinin Culfa şəhərindən olan deputatı Məhəmməd Hessenijad az qala ata minmək həvəsinin qurbanı olacaqmış.
XalqTV.com Trend-ə istinadən bildirir ki, hadisə Kerman vilayətində baş verib. Vilayətdə qonaq olan deputat atda gəzmək istəyərkən qəza ilə üzləşib. Belə ki, at deputatı yerə atıb.
>M.Hessenijad dəlisov atın ayaqları altında qalmaqdan canını çətin də olsa, qurtara bilib. Deputatın hadisə nəticəsində xəsarət aldığı deyilir.
XalqTV.com
RƏYLƏR