idman

ÇSKA ardıcıl 17-ci dəfə Avrokuboklara vəsiqə qazanıb

  • 19 Apr 2018
  • 152758 baxış

ÇSKA Rusiya Premyer Liqasının 23-cü turunda "Amkar" məğlub edərək adını gələn mövsüm üçün avrokuboklara yazdırıb.

Milli.Az Xalqtv.com-a xəbər verir ki, Moskva klubu 48 xal toplayaraq turnir cədvəlində 3-cü yerə qalxıb.

ÇSKA özü üçün minimal olaraq 5-ci yeri sığortalayıb ki, bununla da onlar Avropa Liqasına yollanacaq. Çünki 6 və 7-ci yerlərdəki "Arsenal" və "Ufa" (hər ikisinin 35 xalı var) qalan 4 oyundan maksimum 12 xal toplaya bilirlər ki, bu da "hərbiçilər"ə çatmaq üçün kiyafət deyil.

Gələn mövsüm isə ÇSKA üçüb 17-ci avrokubok mövsümü olacaq. Bununla da "hərbiçilər" rus klublarının tarixində ən çox avrokuboklar seriyasının sahibidir.

ÇSKA sonuncu dəfə 2001/2002 mövsümündə avrokuboklardan kənarda qalıb.


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR