Şou Bİznes

Məni istəyən yoxdur” - İlahə ailə qurmamasından danışdı - VİDEO - FOTO

  • 19 Apr 2018
  • 150502 baxış

"ARB Ulduz"un "Virtual Həyat" verilişinin növbəti qonağı müğənni İlahə İbadova olub.

Milli.Az Xalqtv.com-a bildirir ki, müğənni hər şeydən bezib tərki-dünyalığa çəkilmə səbəbini izah edib:

"İnsan elə vaxtlar olur ki, heç kimi görmək istəmir. Bu, həyatı yorğunluq ola bilər, ruhən yorğunluq ola bilər. Fikirləşdim ki, şəhərdən, ölkədən kənara çıxım gəzim. Şükürlər olsun ki, hər şey düzəlməyə doğru gedir.

Gözəl bir söz var, deyir, sən həmişə bomba olacaqsan. Sən partlayanda hər kəs susacaq".

Yenidən ailə qurmaq məsələsinə də toxunan sənətçi təkliflərin olduğunu dilə gətirib:

"Təbii ki, hər bir xanım ailə qurmaq istəyər. Eləcə də, mən. Sadəcə olaraq, elə bilirsiz ki, irəliyə duran yoxdur, evlilik təklifi edən yoxdur? Var, ancaq İlahəni, həyatda İlahə kimi istəyən yoxdur. İlahə İbadova olaraq məni görüb, gəlib ailə qurmaq istəyən adamı isə qəbul etmərəm.

Deyib-gülməyimə baxmayın. Qəlbiqara insanam. Həm də mənim qızım var. Övladla bir az çətindir. Övladımı anamdan başqa heç kimə etibar edə bilmərəm. Qoyub gedə bilmərəm".

İlahə İbadova ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan"da izləyə bilrəsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR