Şou Bİznes

“Əl çək, mən səni tanımıram” - Əməkdar artist bu qadına hədiyyə göndərirmiş - VİDEO - FOTO

  • 18 Apr 2018
  • 156699 baxış

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev olub.

Milli.Az Xalq.com-a xəbər verir ki, efirə qonaq olan keçmiş "İdeal" qrupunun rəhbəri Səbinə Rəcəbli Yusif Mustafayevin onun evinə hədiyyələr göndərdiyini iddia edib:

"Bəlkə də siz bilirsiniz, ya bilmirsiniz, amma gələn hədiyyələr sizin adınızdan gəlib. Mən o hədiyyəni qəbul etmədim. Bu verlişdən sonra başladı. Zənglər filan. Bu, doğurdan, olub belə. Siz inanmırsız, amma bu, şou deyil".

Əməkdar artist isə bu iddianı cavabsız qoymayıb: 

"Hacı balalarımın canı üçün mən nə səni tanımıram, nə də sənə hədiyyə göndərməmişəm bacı. Əl çək məndən. Öz canıma and içirəm".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR