Siyasət
Qarabağda daha bir erməni əsgər ölüb
Azərbaycanın işğal olunmuş ərazilərində daha bir Ermənistan əsgəri həlak olub.
XalqTV.com xəbər verir ki, Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 17-də mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ruslan Manukyan ölüb.
Fakt araşdırılır.
Qeyd edək ki, aprelin 16-da da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub. Onun ehtiyatsızlıqdan odlu silahdan atəş açılması nəticəsində öldüyü bildirilir.
XalqTV.com
ŞƏRH YAZ
RƏYLƏR