idman

Üzündəki sızanaqlar boşanmasına səbəb oldu

  • 18 Apr 2018
  • 150320 baxış

İstanbulda yaşayan evdar qadın Gülcan C. ərindən boşanmaq istəyir. 

XalqTV.com axşam.az-a istinadən bildirir ki, qadının boşanma səbəbi isə üzündəki sızanaqlara görə ərinin ona lağ etməsidir. Mustafa C. xanımını "Üzündə niyə sızanaq var? Burnun niyə iridir?" sözləri ilə təhqir edib.

Ərinin təhqirlərinə dözməyən Gülcan məhkəməyə ayrılmaq üçün müraciət edib. O, şikayət ərizəsində bunları yazıb: 

>

"Üstəlik, bu sözləri mənə hamilə ikən deyirdi. Psixologiyamı pozmuşdu. Əlimdən gələn hər şeyi edirdim ki, mənimlə işi olmasın. Amma daha dayanmağa gücüm yoxdur".
 
Digər uşaqlarının himayəçilik hüququnun da ona verilməsini tələb edən Gülcan ərindən 50 min lirə (təxminən 25 min manat) təzminat istəyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR