idman

FİFA Mərakeşin müraciətini rədd edə bilər

  • 17 Apr 2018
  • 151542 baxış

Mərakeş 2026-cı il dünya çempionatını keçirmək üçün namizədliyini irəli sürüb. Amma FİFA şimali afrikalıların müraciətini rədd edə bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna səbəb ölkədə eynicinsli nikahlara qadağa qoyulmasıdır.

Mərakeş qanunlarına görə bu cür nikahlar quran şəxslərə 6 aydan 3 ilə qədər həbs cəzası kəsilir. FİFA cinsi ayrı-seçkilik olan ölkələrdə nüfuzlu turnirlər keçirməyi istisna edir.

Mərakeşin namizədliyi geri çevrilsə, yalnız ABŞ, Kanada və Meksikanın birgə müraciəti qalacaq. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR