idman

Baş məşqçi ilə azarkeşlər arasında mübahisə

  • 16 Apr 2018
  • 154652 baxış

"Zirə" və ""Neftçi" komandaları arasında futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII tur matçında qalmaqal baş verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, oyunun sonlarında yerli fanatlar meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun istefasını tələb ediblər.

Abbasov isə buna sərt reaksiya verib. O, azarkeşlərlə söz davasına çıxıb. Nəticədə baş hakim Rəhim Həsənov Abbasovu texniki zonadan qovub.

Azarkeşlər isə polisin müdaxiləsindən sonra stadionu tərk ediblər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR