idman
Avropa Liqasında görünməmiş start
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Marsel" (Fransa) - "Leypsiq" (Almaniya) matçı yarışın tarixinə düşüb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, görüş məhsuldar startı ilə diqqət çəkib.
İlk 9 dəqiqədə komandalar 3 qol vurub ki, bu da Avropa Liqası üçün görünməmiş göstəricidi. Brumanın 2-ci dəqiqədəki qolu ilə önə keçən qonaqlar 6-cı dəqiqədə İlsankerin avtoqoluna, 3 dəqiqə sonra Sarrın fərqlənməsinə üzülüb.
Qeyd edək ki, Fransa klubu 5:2 hesabı ilə qalib gəlib və mərhələ adlayıb.
XalqTV.com
RƏYLƏR