idman

Buffon ÇL-də ilk dəfə qırmızı vərəqə alıb - FOTO

  • 12 Apr 2018
  • 157928 baxış

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon karyerası ərzində ilk dəfə Çempionlar Liqası matçında qırmızı vərəqə alıb.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">"Report"a istinadən bildirir ki,40 yaşlı qolkiper İspaniya "Real Madrid"i ilə 1/4 final mərhələsinin cavab görüşünün uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakim Maykl Oliverlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.

Nəticədə Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək, "Real Madrid"i iki oyunun cəmində 4:3 (3:0, 1:3) hesablı qələbə sayəsində yarımfinala çıxarıb.

>

Qeyd edək ki, Canluici Buffon indiyədək Çempionlar Liqasında 117 oyun keçirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR