Gəncədə 1747 müşahidəçi seçki prosesini izləyir
Gəncədə 1747 müşahidəçi seçki prosesini izləyir.
XalqTV.com APA-ya istinadən bildirir ki, onlar müxtəlif siyasi partiyaların nümayəndələri və öz təşəbbüsü ilə müşahidə aparanlardır.
Gəncədə 37, 38, 39 və 40 saylı 4 dairələr üzrə 107 məntəqə fəaliyyət göstərir. Şəhərdə 148 min 144 nəfərin adı seçici siyahısına daxil edilib.
Bundan başqa, seçkiyə 5 gün qalmış hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında 4 məntəqə yaradılıb. Bu məntəqələrdə 3325 nəfərin səs verəcəyi gözlənilir. Gəncədə olan məntəqələrin 40-da web kameralar quraşdırılıb.
38 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar quraşdırılıb. Gəncədə 20-dən artıq məntəqədə exitpol keçirilir.
Səsvermə hüququ olanlardan 2 nəfər 100, bir nəfər isə 102 yaşındadır.
XalqTV.com