idman

\"Səni büzüşənədək sevəcəm\" - FOTO

  • 10 Apr 2018
  • 157715 baxış

Aparıcı Seren Serengilin futbolçu Caner Erkinin aktrisa həyat yoldaşı haqda dediyi sözlər böyük səs-küy yaradıb.

XalqTV.com axşam.az-a istinadən bildirir ki, Şükranın plastik əməliyyatsız şəklini görən Seren təəccübünü gizlədə bilməyərək "əri görsə, boşayar" deyib. Daha sonra isə səhvini düzəltməyə çalışan Serengil "Fotoşop da ola bilər" sözləri ilə vəziyyətdən çıxmağa çalışıb. Canerin Serenə cavabı isə gecikməyib. O, Serengilin "yaşlı" olmasına eyham vuraraq xanımına İnstaqram səhifəsində bunları yazıb:

"Mən səni hər halınla sevdim, sevəcəyəm. Büzüşənədək... Birlikdə qocalaq...". 

>

Qeyd edək ki, Asena Atalaydan boşanan caner Erkinin həmin nikahdan bir oğlu var. Futbolçunun hazırkı xanımı Şükran Ovalı 4 aylıq hamilədir. Cütlüyün qızı olacaq. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR