Hadisə

Göygöldə 6 otaqlı ev yandı

  • 10 Apr 2018
  • 152793 baxış

Göygöl rayonunda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Xalqtv.com-a verilən məlumata görə, rayonun Çaykənd kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR