idman

Millimiz \"cırtdanlar\" sırasında

  • 10 Apr 2018
  • 154743 baxış

Avropa Həndbol Federasiyası kişilərdən ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan 2018-ci il üçün müəyyənləşən siyahıda aktivində xalı olmayan 10 ölkədən biridir.

Belə ki, Avro-2016, DÇ-2017 və Avro-2016-ya əsasən tərtib olunan siyahıda Hikmət Abdullayevin başçılıq etdiyi komanda sonuncu - 41-ci yerə şərikdir. Yığmamız Albaniya, Andorra, Ermənistan, Bolqarıstan, Farer adaları, Lixtenşteyn, Moldova, Malta və Monako ilə 41-50-ci yerləri bölüşür. Bu millilərin heç biri beynəlxalq arenada ciddi uğura malik deyil. Hətta Azərbaycan həndbolçuları Avro-2006-dan sonra nə qitə, nə də dünya çempionatının seçmə mərhələsinə qatılıb.

>

50 ölkənin yer aldığı reytinq cədvəlinə 416 xalla İspaniya başçılıq edir. Onlardan 16 xal geri qalan Fransa ikincidi. 360 xala malik Xorvatiya və Norveç isə üçüncü yerə şərikdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR