Əxlaqsız müəllimənin məhkəməsi başlandı - FOTO
İngiltərənin Mançester şəhərindəki orta məktəblərdən birində çalışan müəllimmə Debora Lounun məhkəməsi başlanıb.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, iki övlad anası olan 51 yaşlı D.Lou dərs dediyi şagirdlərdən birini tovlamaqda və cinsi əlaqəyə sövq etməkdə suçlanır.
İstintaq materiallarına görə o, yetkinlik yaşına çatmamış həmin oğlanla evində, habelə işlədiyi məktəbdə dəfələrlə cinsi əlaqədə olub.
Bundan başqa, Debora Lou "sevgilisi" olan şagirdinə çoxsaylı mesajlar da yollayıb. Həmin mesajlardan birində o, yazıb: "Səni çox sevirəm. Sənin fahişənəm. Mənim kimi fahişə tapa bilərsən?!"
15 yaşlı şagird sonradan Debora Lounun mesajlarından və "sevgi"sindən bezərək onu bütün profillərində bloklayıb.
>Bundan qəmlənən müəllimə şagirdinə yazıb: "Çox pisəm. Məni bloklayıbsan, mənə cavab vermirsən. Lütfən, de, nə etmişəm ki, məndən incimisən?! Ad günümdür və qəmliyəm".
Yazışmanı oğlanın anası görüb və polisə şikayətlənib.
Çeşir qraflığındakı Poynt şəhərinin sakini Debora Lounun dediyinə görə, şagirdi yetkinlik yaşına çatmamış deyil: "Onun 17 yaşı var".
Debora Lounun 27 yaşlı oğlu və 23 yaşlı qızı var.
XalqTV.com