idman
Rüfət Dadaşovdan daha 2 qol
Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun komandası "Dinamo" Şimal Şərq Regional Liqasında növbəti matçına çıxıb. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Berlin təmsilçisi XXVII turda "Halberstadt"ı qəbul edib.
Görüş həm "Dinamo", həm də Dadaşov üçün uğurlu alınıb. Belə ki, komandanın 4:2 hesablı qələbəsində 27 yaşlı forvard dublla töhfə verib. 22 və 40-cı dəqiqələrdə rəqibi mərkəzə dəvət edən Rüfət çempionatda qollarının sayını 26-ya yüksəldib. "Dinamo" isə 52 xalla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmlədib.
>Qeyd edək ki, Rüfət Dadaşov gələn mövsümdən karyerasını III Bundesliqa təmsilçisi "Proyssen"də keçirəcək.
XalqTV.com
RƏYLƏR