\"Neftçi\" - \"Sumqayıt\" oyununda 4 qol
Bu gün Topaz Premyer Liqasında XXII tura yekun vurulub. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, iki qarşılaşma baş tutub.
Meydana mükafatlar və avrokuboklar uğrunda mübarizə aparan komandalar çıxıb. İddialıların duelləri Bakıda olub.
Əvvəlcə 7 oyundu qələbə qazanmayan "Zirə" "Qəbələ"ni qəbul edib. İstefası gündəmdə olan Ayxan Abbasovun yetirmələri 2018-ci ildə ilk qələbə ilə 3-cü sıranı qaytarmaq niyyətində idi. Roman Qriqorçukun komandası isə ardıcıl iki heç-heçədən sonra 3 xalı arzulayırdı. Lakin hər iki komandanın istəyi gerçəkləşməyib. Tərəflər hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar və qələbəsizlik seriyasını davam etdiriblər.
Həftənin son matçında "Neftçi" və "Sumqayıt" üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən rəqiblər durumlarını yaxşılaşdırmaq üçün qalib gəlməli idi. 5 tur idi uduzmayan Tərlan Əhmədovun yetirmələri bu seriyanı davam etdirib. Belə ki, dramatik keçən matçda 4 qol vurulub və komandalar hərəyə 1 xalla kifayətləniblər. Bununla 2018-ci ilin ən yaxşısı olan Samir Abasovun komandası 10 oyundu məğlub olmur.
Topaz Premyer Liqası
XXII tur
8 aprel
"Neftçi" - "Sumqayıt" - 2:2
Qollar: Mirabdulla Abbasov, 45; Namiq Ələsgərov, 63 - Rəşad Eyubov, 41; Cavid İmamverdiyev, 79
Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 0:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
8-ci km qəsəbə stadionu
"Neftçi": 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 93. Soni Mustivar, 7. Namiq Ələsgərov, 11. İqnasio Errera, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Rəşad Sadiqov, 3. Fərid Abbaslı, 21. Məhəmməd Mirzəbəyov, 77. Elvin Sərkərov, 97. Elnur Cəfərov, 17. Rəhman Hacıyev, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov
"Sumqayıt": 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev (k), 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
"Zirə" - "Qəbələ" - 1:1
Qollar: M. Duriç, 53 (pen.) - S. Monroz, 78
Mövsümün əvvəlki oyunları: 1:1, 2:1, 1:2
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu
"Zirə": 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. Aleksandr Dedov, 16. İbrahim Aslanlı, 18. Yani Urdinov, 39. Sadiq Quliyev, 43. Riçard Qadze, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 29. Comal Uilyams, 38. İlkin Muradov, 57. Kənan Zülfüqarov, 87. Müşfiq İlyasov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Ayxan Abbasov
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 16. Omar Malone, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 33. Təmkin Xəlilzadə, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
1. | Qarabağ | 22 | 16 | 5 | 1 | 32-8 | 53 |
2. | Qəbələ | 22 | 12 | 5 | 5 | 36-22 | 41 |
3. > | Sumqayıt | 22 | 10 | 6 | 6 | 29-24 | 36 |
4. | Zirə | 22 | 9 | 8 | 5 | 29-21 | 35 |
5. | Neftçi | 22 | 9 | 4 | 9 | 28-24 | 31 |
6 | Səbail | 22 | 5 | 3 | 14 | 14-31 | 18 |
7. | Keşlə | 22 | 4 | 6 | 12 | 19-34 | 18 |
8. | Kəpəz | 22 | 3 | 3 | 16 | 14-37 | 12 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 12 qol
XalqTV.com