idman
FİFPro \"Sporting\" futbolçularını dəstəklədi
Peşəkar futbolçuların beynəlxalq Assosasiyası (FİFPro) "Sporting" futbolçularını dəstəkləyib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, qurum məşqdən kənarlaşdırılan 19 futbolçunun tərəfində durub. Qeyd edək ki, Avropa Liqasının 1/4 finalında "Atletico Madrid"ə 0:2 uduzandan sonra "Sporting"in prezidenti Bruno de Karvalyo medianın önündə futbolçuları tənqid etmişdi. Əvəzində 19 futbolçu sosial şəbəkədəki hesabından De Karvalyodan lazımi dəstək görmədiklərini yazmışdı. Klub prezidenti ona etiraz edənlərin dərhal məşqdən kənarlaşdırılıb cəzalandırılacağını bildirmişdi. FİFPro rəsmi bəyanatında Lissabon klubunun futbolçuları tərəfindən prezidentin tənqidə məruz qalmasını hüquqi baxımdan düzgün hesab edir.
XalqTV.com
>RƏYLƏR