İqtisadiyyat

Bərdədə soğanın qiyməti artıb - VİDEO

  • 07 Apr 2018
  • 157608 baxış

Satıcılar qiymət artımını qış soğanının azalması ilə əlaqələndirirlər. Lakin ayın sonuna kimi bu məhsulun bir qədər ucuzlaşacağı gözlənilir.

Soğanın qiyməti 2 dəfəyədək artıb.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bərdə bazarındandır. Burada 30 kiloqramlıq bir kisə soğan əvvəllər 10 manata satılırdısa, indi onun qiyməti 18-20 manat arasında dəyişir. Bu da il boyu məhsullarını ucuz qiymətə satan fermerlərin üzünü güldürüb. Satıcılar qiymət artımını qış soğanının azalması ilə əlaqələndirirlər.

Həm satıcılar, həm də fermerlər bildirirlər ki, artıq bəzi sahələrdən məhsulun yığımına başlanılıb. Bu ayın sonunda isə bütün sahələrdə soğan tədarükünə başlanılacaq. Ona görə də, soğan bir qədər ucuzlaşacaq.

>

Fermerlər bu il məhsuldarlığın ötənilkinə nisbətən yüksək olduğunu deyirlər.

Bərdəli fermerlər bu il daha çox sahədə soğan əkiblər.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR