\"Qarabağ\"a 1 qol bəs etdi - FOTO
Bu gün Topaz Premyer Liqasında IV dövrəyə start verilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, XXII turun ilk günündə iki qarşılaşma keçirilib.
İlk oyun günü "Qarabağ"la "Səbail" arasındakı matçla yekunlaşıb. Çempionatın lideri Premyer Liqanın debütantını 4-cü dəfə məğlub etməyə nail olub. Ağdam təmsilçisi 3 xalı 1 cavabsız qolla aktivinə yazdırıb. Riçard Almeydanın penaltidən vurduğu top isə "Qarabağ"ın çempionatlar tarixində 1100-cü qolu kimi yadda qalıb. Qurban Qurbanovun yetirmələri məğlubiyyətsizlik seriyasını 14 matça çatdırıbsa, Samir Əliyevin kollektivi artıq 5 turdu qələbə nə olduğunu bilmir.
Azərbaycan Premyer Liqası
XXII tur
7 aprel (şənbə)
"Qarabağ" - "Səbail" - 1:0
Qol: R. Almeyda, 31 (pen.)
Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 1:0
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
"Azərsun Arena"
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Qerye
Baş məşqçi: Qurban Qurbanov
"Səbail": 1. Emil Balayev (k), 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 24. Ruslan Əmircanov, 26. Kamal Qurbanov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 6. Murad Ağayev, 17. Vüqar Nadirov, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu, 23. Ayron Stati, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
XalqTV.com