idman

Dirk Kayt məşqçilik karyerasına başladı

  • 07 Apr 2018
  • 154607 baxış

Hollandiya millisinin sabiq futbolçusu Dirk Kayt məşqçilik karyerasına başlayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 37 yaşlı mütəxəsis "Feyenord"un U-19 komandasına rəhbərlik edəcək. Bu barədə Rotterdam klubunun rəsmi saytı məlumat yayıb. Kayt məşqçilik lisenziyası almaq üçün kurslara yazılıb. Lisenziya alandan sonra Kayt "Feyenord"un əvəzedici komandasının sükanı arxasına keçəcək.

>

O, futbolçu karyerası ərzində "Liverpul" və "Fənərbağça"nin də şərəfini qoruyub. Hollandiya millisində 105 oyuna çıxan yarımmüdafiəçi 24 qol vurmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR