idman

19 futbolçu klubdan qovuldu

  • 07 Apr 2018
  • 287 baxış

Portuqaliyanın "Sportinq" klubunda qeyri-adi münaqişə baş verib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Lissabon klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.

Belə ki, Avropa Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə görüşündəki 0:2 hesablı məğlubiyyətdən sonra paytaxt təmsilçisinin rəhbəri sosial şəbəkədə oyunçuları sərt tənqid edib. Futbolçular da buna etiraz əlaməti kimi məşqə çıxmaqdan imtina ediblər.

>

Onlar Karvalyonun bazaya gəlib, onlara izahat verməsi tələbini ortaya qoyub. Prezident isə buna sərt reaksiya verib. O, bütün futbolçuların - 19 oyunçunun cərimələnməsinə və komandadan kənarlaşdırılmasına qərar verib.

Qeyd edək ki, "Sportinq" sabah Portuqaliya çempionatında növbəti oyununu keçirməlidi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR