Davakar döyüşçü azadlığa çıxdı - VİDEO - FOTO
Qarışıq döyüş növləri üzrə UFC çempionu, 29 yaşlı irlandiyalı Konor MakQreqor dünən Nyu-Yorkun Bruklin səmtindəki 78 saylı polis idarəsindən azadllığa buraxılıb. Polislər onu idarədən biləklərində qandal çıxarıblar və məhkəməyə aparıblar.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Konor MakQreqorla birlikdə onun dostu Kian Kouli də həbs olunmuşdu. Nyu-York məhkəməsinin qərarı ilə K.MakQreqor 50 min, Kouili isə 25 min dolların müqabilində pullu zaminə buraxılıb.
MMAFighting-in məlumatına görə, Konor MakQreqorun pasportu əlindən alınmadığı üçün o, ABŞ-ı tərk edərək vətəni İrlandiyaya qayıda bilər.
Qarışıq döyüş növləri üzrə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, yarıyüngül çəkidə sabiq dünya çempionu Konor Entoni MakQreqor böyük qalmaqala səbəb olub.
Konor UFC çempionatının iştirakçılarına hücum edib.
Aprelin 6-də K.MakQreqor Nyu-Yorkun Bruklin səmtindəki "Barclays Center"də UFC döyüşçülərinin olduğu avtobusa hücum edib. Ona rusiyalı UFC döyüşçüsü Artyom Lobom da dəstək verib. Konor dəmir məhəccərin bir hissəsini qopararaq avtobusa atıb, şüşələri sındırıb. Amerikalı UFC döyüşçüsü Maykl Kyeza olayda yaralanıb.
İrland çempionun sinirlənməsinə səbəb onun UFC çempionu titulundan məhrum olunmasıdır. Konor MakQreqor uzun müddətdən bəri titulunun müdafiəsi ilə bağlı döyüşlər keçirməyib. Daha doğrusu, Konor 2016-cı ildən bəri belə döyüş təşkil etməyib.
>K.MakQreqor Twitter akkauntunda yazıb: "Əlimdən heç nəyi ala bilməzsiniz".
Dağıstanın Sumadi rayonundan olan UFC-nin yüngül çəkisində çıxış edən və indiyədək məğlub edilməyən Həbib Nurmaqomedov irlandiyalı MakQreqorun onunla rinqə çıxmaq istəməməsindən narazı qalaraq Konoru "Burqer Kinq" adlandırmış, sonra MakQreqorun sparrinq-tərəfdaşı Artyom Lobovu təhqir etmişdi.
MakQreqor da Nyu-Yorka yollanaraq Ş.Nurmaqomedovun olduğu avtobusa hücum edib.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />