idman

Elvinlə Dmitri oynadı, \"Qarabağ\" qalib gəldi

  • 07 Apr 2018
  • 152607 baxış

Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 26-cı turun oyunları keçirilib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana "Qarabağ"ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə "Parndorf"la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Futbolçularımıza gəlincə, Emil bu görüşün iştirakçısı olmayıb. Elvinlə Dmitri isə start heyətdə meydana çıxıb. Bədəlov sonadək oynayıb, Nağıyev isə 69-cu dəqiqədə əvəzlənib.

>

"Qarabağ" hazırda 31 xalla 17 komanda arasında 8-ci pillədə qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR