idman
\"Qalatasaray\" Milan nəhəngləri ilə razılaşmır
Türkiyəli futbolçu Sərdar Aziz karyerasını A seriyasında davam etdirə bilər. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Qalatasaray"lı üçün Milan klubları hərəkətə keçiblər.
Nəhənglər - "İnter" və "Milan" arxa xətt oyunçusunu heyətində görməkdə maraqlıdı. Artıq "İnter"in müdafiəçiyə görə "Qalatasaray"a rəsmi təklif göndərdiyi də bildirilir.
İddiaya əsasən, "İnter" futbolçunu transfer etmək üçün 6 milyon avro ödəməyə hazırdı. Ancaq "Qalatasaray"ın bu məbləğlə razılaşmadığı deyilir.
>Belə ki, "cimbom" Sərdarın satışından ən azı 10 milyon avro qazanc əldə etməyi planlaşdırır.
XalqTV.com
RƏYLƏR