idman

UEFA \"Roma\"nı cəzalandıra bilər

  • 06 Apr 2018
  • 157913 baxış

UEFA "Roma" klubuna qarşı intizam işi açıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna səbəb italyan azarkeşlərin Çempionlar Liqasının 1/8 finalında "Şaxtyor"a qarşı moyunda tanınmamış Donetsk Xalq Respublikasının (DNR) bayrağını açmasıdır. "Şaxtyor"un təmsil etdiyi Donetsk şəhəri Luqanskla birlikdə Rusiya yönümlü separatçıların nəzarətindədir və bir neçə il öncə bu ərazidə adı çəkilən respublikanın yaradıldığı elan olunub.

>

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko bu məsələyə reaksiyasına görə UEFA-ya təşəkkürün bildirib. Pavelko həmin emblemin Avropa ərazisində tam qadağan olunacağını ümid etdiyini də bildirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR