idman
Mister Bin qayıdır - VİDEO
ABŞ-ın "Universal Pictures " kinostudiyası "Johnny English Strikes Again 3.0" komediyasının ilk treylerini yayıb.
XalqTV.com bildirir ki, yeni filmdə agent Conni İnqliş Britaniyanın məxfi kəşfiyyat və əks-kəşfiyyat xidmətinə kiberhücum etmiş hakerləri tapmaq üçün Fransanın cənubuna yollanır.
Filmdə baş rolları dünyada "Mister Bin" kimi tanınan Rouen Atkinson, habelə Olqa Kurilenko və Ben Miller oynayıblar.
Filmin ssenari müəllifi "Ceyms Bond" barədə 5 filmin ssenarisini yazmış Nil Pervis və Robert Uayd, rejissoru isə Devid Kerrdir.
>Lentin premyerası 2018-ci ilin payızında olacaq.
XalqTV.com
RƏYLƏR