Siyasət

Peskov: Britaniya üzr istəməlidir

  • 04 Apr 2018
  • 158326 baxış

Böyük Britaniya keçmiş kəşfiyyat polkovniki Serqey Skripal və onun qızının zəhərlənməsi ilə əlaqədar Rusiyanı ittiham etdiyinə görə üzr istəməlidir.

XalqTV.com  oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Britaniya tərəfinin nəzəriyyəsini isbat etmək mümkünsüzdür və Moskva Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığını əvvəldən bilirdi.

"Şübhəsiz ki, bu məsələni çox uzatdılar, bu marazm çox uzağa getdi. Bunun dərhal bitən məsələ olmadığına təəsüflənirik"deyə Peskov qeyd edib.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR