idman

Millimiz Almaniya qarşısında aciz qaldı - FOTO

  • 25 May 2017
  • 221 baxış

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində II tur matçını keçirib.

DÇ-2018-in seçmə mərhələsi

A qrupu

2-ci tur

AZƏRBAYCAN - Almaniya 0:3 (27:29, 18:25, 18:25)

Hakimlər: Milan Raykoviç (Xorvatiya), Alin Mateyzer (Rumıniya)

XalqTV.com bildirir ki, Azərbaycan - Almaniya oyununda ən çox xal toplayan voleybolçumuz Pərviz Səmədov olub. Hücumçu bu görüşdə 10 xal qazanıb. Rəsul İbrahimov 9, Vüqar Bayramov 7, Dmitri Obodnikov 5, Aleksey Çervyakov, Dmitri Baranov, Aqil Ağazadə və Cavid Süleymanov hesabına 2 xal yazıb.

Fərid Cəlalovun baş məşqçi olduğu komanda ardıcıl ikinci məğlubiyyətə düçar olub. İlk turda Türkiyəyə məğlubiyyət qeydə alınmışdı - 0:3. İki turdan sonra xalsız olan Azərbaycan millisini qarşıdakı 3 gün ərzində Ukrayna, Fransa və İslandiya ilə də oyunlar gözləyir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR