idman
Atçılıq üzrə Polad kubokunun finalı keçirildi
Atçılıq üzrə Polad kubokunun final mərhələsi baş tutub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Polad kubokunun final mərhələsi 24 mart 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutub. Oyun S* kateqoriyası üzrə təşkil olunub.
Maneələrin hündürlüyü 130-140 sm olan yarışda 3-cü yerə Omar Klubunun idmançısı Ələkbər Məmmədov AFP S Chantal 261 ləqəbli atla, 2-ci yerə Elite Horse and Polo Club'un idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla yüksəlmişdir.
>Birinci yerin və Polad kubokunun qalibi isə "Sərhədçi" klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla olmuşdur.
XalqTV.com
RƏYLƏR