idman

Yığmamız İrlandiyaya qarşı

  • 25 Mar 2018
  • 293 baxış

Almaniyada keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsi davam edir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi bu gün VII qrupda növbəti matçına çıxacaq.

Martın 22-dəki ilk görüşündə meydan sahibi Almaniyaya böyük hesabla (0:5) məğlub olan qızlarımız bu dəfə İrlandiya ilə üz-üzə gələcək. Qrafsvald şəhərindəki "Volksstadion"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Avropa çempionatının elit-raund mərhələsiII tur25 mart

14:00. İrlandiya U-17 - Azərbaycan U-17

>

Baş hakim: Meytar Şemeş (İsrail)

Hakim köməkçiləri: May Moalem (İsrail), Anya Klimm (Almaniya)

Dördüncü hakim: Miriam Şveynefus (Almaniya)

Qrafsvald. "Volksstadion"

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR