idman

Çində legionerlərə görə vergi qüvvəyə minir

  • 25 May 2017
  • 217 baxış

Çin klublarının transferlərə böyük məbləğdə pul xərcləməsi federasiyanı bəzi tədbrlər görməyə vadar edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, iyunun 19-dan etibarən əcnəbi futbolçuların transferinə görə klublar vergi ödəməli olacaqlar. Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib. Sözügedən vergidən əldə olunacaq vəsait ölkədə futbolun inkişafına qoyulacaq. Bu məqsədlə xüsusi fond təşkil olunacaq. Hazırda bütün Çin klublarının borcu var. Növbəti mövsümdən 23 aşdan aşağı yerli futbolçularla legionerlərin meydanda say nisbəti də bərabər olmalıdır. Bu mövsümün əvvəlində qəbul olunan qərara əsasən komandanın əsas heyətində ən azı 1 futbolçu 23 yaşdan aşağı çinli olmalı idi. "Shanghai SIPG"in baş məşqçisi Andre Villaş-Boaş bu qaydanı pozmamaq üçün bir oyunda gənc çinlini start heyətində meydana buraxmış və bir neçə dəqiqə sonra onu əvəzləmişdi. 

XalqTV.com 

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR