idman

Cüneyt Çakır millimizin oyununda

  • 25 Mar 2018
  • 274 baxış

Məşhur türk hakim Cüneyt Çakır millimizin oyununa təyinat alıb.

XalqTV.com  qol.az-a istinadən xəbər verir ki, o,  Antalyada keçiriləcək Azərbaycan - Makedoniya yoxlama oyununda  videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Xatırladaq ki, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

>

Qeyd edək ki, "Mardan" stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR