İqtisadiyyat

\"Brent\" markalı neft 70 dolları ötüb

  • 24 Mar 2018
  • 304 baxış

"Brent" markalı neftin qiyməti Səudiyyə Ərəbistanı energetika nazirinin açıqlamalarından sonra 70 dollar/barel səviyyəsini ötüb.

XalqTV.com report-a istinadən xəbər verir ki, son dəfə "Brent" markalı neftin qiyməti yanvar ayının 29-da 70 dollar/bareldən baha satılıb.

S.Ərəbistanının energetika naziri Xalid əl-Falih dünənki açıqlamalarında OPEC üzvlərinin neft hasilatının azaldılması ilə bağlı anlaşmanı 2019-cu ildə də davam etdirməsi zəruriyyətini vurğulayıb. Nazir, həmçinin anlaşmanın Rusiya və digər neft hasil edən, lakin OPEC üzvü olmayan ölkələrlə razılaşdırılması barədə fikir səsləndirib.

"Qlobal neft ehtiyatlarının uyğun hesab etdiyimiz səviyyəyə qədər azaldılması üçün hələ zamana ehtiyac var. Bununla bağlı ilin ortalarında, Vyanada sammitində konkret danışacağıq", - deyə, əl-Falih sözlərinə əlavə edib.

>

Nazir, həmçinin bildirib ki, "İlin sonuna yaxın, 2019-cu il üçün əməkdaşlıq mexanizmasını işləyib hazırlayacağımızı düçünürəm".

Qeyd edək ki, bu açıqlamalarla yanaşı geosiyasi risk və neft tələbində artım qiymətlərin yüksəlməsinə səbəb olub. "Report"un analitik qrupu "Brent" markalı neftin 73 dollar/barelə qədər yüksəldikdən sonra azalmağa başlayacağını, lakin 2018-ci ildə 55-73 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır. Qiymətlərin kəskin düşməsinə neft hasilatının azaldılması ilə bağlı anlaşmanın yekunlaşması, Venesuelanın neft hasilatını bərpa etməsi və ya ABŞ-da neft hasilatının önəmli dərəcədə artması kimi xəbərlər təsir edə bilər. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR