idman

Zidan onun transferinə razılıq verdi

  • 22 Mar 2018
  • 284 baxış

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Bavariya"nın hücumçusu Robert Levandovskinin transferinə razılıq verib.

Qafqazinfo xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Məlumat əsasən, Madrid təmsilçisinin polşalı futbolçunun agenti ilə ilkin razılığa gəldiyi bildirilir.

>

Almanlar da "Real"ın Levandovski üçün tələb olunan 100 milyon avro təzminatı ödəyəcəyi təqdirdə 29 yaşlı futbolçunu satmağa hazırdır.

Qeyd edək ki, "Real" təcrübəli hücumçunun keçidi üçün hazırda "Bavariya"da icarə əsasında çıxış edən Xames Rodrigesi də qarşı tərəfə təklif etməyə razıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR