idman

Yığmamız Kosovo səfərində

  • 22 Mar 2018
  • 288 baxış

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı 5-ci seçmə qrupunda iki qarşılaşma baş tutacaq.

Yığmamız səfərdə Kosovo ilə görüşəcək. Bu, millimizin ötən ilin sonunda baş məşqçi təyin olunan Rəşad Sadıqovun rəhbərliyi altında ilk seçmə oyunudu. Səfər sınağınadək yığmamızı bir neçə yoxlama matçına çıxaran 36 yaşlı çalışdırıcı ilk ciddi sınağını Balkan yarımadasında verəcək.

Qarşılaşma Kosovonun Mitrovitsa şəhərindəki Adem Yaşari Olimpiya stadionunda baş tutacaq. Bu matç gənclər millimizin seçmə mərhələdə 6-cı görüşü olacaq. Əvvəlki 5 oyunda qələbə nə olduğunu bilməyən və turnir cədvəlinin zirzəmisində vurnuxan komandamız xal hesabını artırmaq üçün çalışacaq.

5-ci qrupun autsayderi olan futbolçularımız yeni baş məşqçinin debütünə uğurlu nəticə bəxş edib, qalib gəlsə, turnir cədvəlindəki qonşusu ilə fərqi azaldacaq. Bu görüşdən 5 gün sonra İrlandiyada çətin sınağı olacaq Sadıqovun yetirmələri gücünü Bakıda qolsuz heç-heçə etdikləri balkanlılara rəqib meydanında göstərməlidi.

AVRO-2019-un seçmə mərhələsi

5-ci qrup

22 mart

22:00. Kosovo - Azərbaycan

Baş hakim: Donald Robertson

Baş hakimin köməkçiləri: Cordan Stokoe və Şon Karr

Dördüncü hakim: Nikolas Uolş (hamısı Şotlandiya)

Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu

1.

Almaniya

5

4

0

1

20-6

12

2.

İrlandiya

5

3

1

1

9-3

10

3.

Norveç

>

6

2

2

2

7-8

8

4.

İsrail

5

2

1

2

9-10

7

5.

Kosovo

6

2

1

3

6-8

7

6.

Azərbaycan

5

0

1

4

3-19

1

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR