İqtisadiyyat

Bakı-Mahaçqala reysinin açılması planlaşdırılır

  • 21 Mar 2018
  • 303 baxış

Dağıstanda keçiriləcək güləşin üç növü üzrə Avropa Çempionatı ilə bağlı Bakı - Uytaş (Mahaçqala) aviareysinin açılması planlaşdırılır.

XalqTV.com bildirir ki, Trend bu barədə Dağıstanın nəqliyyat, energetika və rabitə nazirliyinə istinadən məlumat verir.

Nəqliyyat idarəsinin rəis müavini Kasum Məhəmmədov bildirib: "Dağıstan tarixində ilk dəfə olaraq bu idman növü üzrə Avropa Çempionatına ev sahibliyi edəcək. Avropa Çempionatı ilə bağlı respublikaya çox sayda turist və idman növünün azarkeşlərinin gəlişi gözlənilir. Bununla əlaqədar, nazirlik Mahaçqaladan uçuşlar edən Rusiya aviaşirkətləri ilə birlikdə Avropa Çempionatının keçirildiyi müddətdə İstanbuldan və Bakıdan Uytaş hava limanına (Mahaçqala) əlavə reyslərin təşkili imkanlarını müzakirə edir".

>

Bundan əlavə, onun sözlərinə görə, Rusiya XİN-nin Mahaçqaladakı nümayəndəliyinə Rusiya Federasiyasının Azərbaycandakı və Türkiyədəki səfirliklərinə bu aviareyslərin təşkili və bu ölkələrin aviadaşıyıcıların cəlb edilməsi ilə bağlı müraciət edilməsi barədə sorğu göndərilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR