SAĞLAMLIQ

Allergik rinitin yaranma səbəbi nədir?

  • 21 Mar 2018
  • 371 baxış

Allergik rinit infeksiya ilə əlaqəli olmayan burunun nazal membranının iltihabıdır.

XalqTV.com Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının saytına istinadən xəbər verir ki, bu problemə allergiyaya meyilli insanlarda xüsusilə daha çox rast gəlinir. Bu, əksər hallarda ömürboyu davam edən, yaşlanma ilə birlikdə şiddəti zəifləyən xəstəlikdir. Xəstəlik yaz aylarında, ağacların tozlandığı dövrdə daha da şiddətlənir.

Allergik rinit genetik olaraq ötürülən xəstəliklər arasında ön sıradadır. İnkişaf etmiş ölkələrdə əhalinin təxminən 10-20 faizində bu problem mövcuddur. Son 15 ildə bu xəstəliyə daha çox rast gəlinir. Təxminən 10 yaş allergik rinitin başlanğıcına ən çox rast gəlinən dövrdür. Xəstəlik 80 faiz hallarda 20 yaşından əvvəl başlayır, ortaya çıxdıqdan sonra isə uzun illər davam edir.

>

Allergik rinit həyati təhlükəli xəstəlik deyil, lakin insanların həyat səviyyəsinə əhəmiyyətli şəkildə təsir edən problemdir. Bu səbəbdən də allergik rinitin diaqnozu və müalicəsi çox vacibdir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO