idman
Futbolçu \"Mançester Yunayted\"i tərk edə bilər
"Çelsi" "Mançester Yunayted"in cinah müdafiəçisi Lyuk Şou ilə maraqlanır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" mövsümün sonunda 22 yaşlı futbolçunu heyətinə qoşmağa ümid edir. Şounun baş məşqçi Joze Mourinyo ilə münasibətləri yaxşı deyil. Portuqaliyalı mütəxəsis gənc oyunçunu bir neçə dəfə tənqid edib. Şounun agentləri "Mançester Siti", "Tottenhem", "Everton" və "Arsenal"ın da təkliflərini nəzərdən keçirmək istəyir. Onun "United"lə cari müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.
XalqTV.com
>RƏYLƏR