idman

\"Ronaldu dəfələrlə məndən Çin haqqında soruşurdu\"

  • 21 Mar 2018
  • 279 baxış

"Guangzhou Evergrande"nin sabiq baş məşqçisi Luis Felipe Skolari "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldu ilə Çin barədə söhbət etdiklərini bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Ronaldu dəfələrlə məndən Çin haqqında soruşurdu. Niyə görə orda oynamasın? Çindəki həyatı ona ətraflı təsvir etmişəm. Ronaldunun şəxsi brendləri, bütöv sənayesi var. Çin isə dünyanın ən böyük ölkəsidir. Ona dedim ki, kimin imkanı varsa, Çinə getməlidir". 

>

İki ay öncə Çinin "Tianjin Quanjan" klubunun Ronalduya maraq göstərdiyi barədə xəbərlər yayılmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR