Siyasət
Ermənistan silahlı bölmələri Ağdamda təlim keçir
Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam etdirir.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur.
Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda Ermənistan ordusunun təlimi atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.
XalqTV.com
ŞƏRH YAZ
RƏYLƏR