Dünya

Ermənistan kəndlərində vəziyyət getdikcə ağırlaşır

  • 19 Mar 2018
  • 306 baxış

Ermənistanda kənd yerlərində yoxsulluq dərinləşir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu "Fermer irsi" icitmai təşkilatının rəhbəri Sargis Sedrakyan deyib.

O qeyd edib ki, uzun illər ərzində kənd təsərrüfatı siyasətinin düzgün aparılmaması kəndlilərin torpağı atmasına və miqrasiya etməsinə səbəb olub. Ermənistan kəndləri boşalır, sakinləri qocalır, vəziyyət get-gedə ağırlaşır".

>

Aqrar texnikanın köhnə və xarab olduğunu bildirən S.Sedrakyanın sözlərinə görə, maliyyələşdirmə və sadalanan problemlərin həlli ilə bağlı aparılan danışıqların da real əsasları yoxdur:

"Xaricdən müxtəlif təşkilatlardan Ermənistana kifayət qədər vəsait daxil olur. Məsələn, ötən 3 il ərzində 130 milyon dollar kredit və 60 milyon dollar qrant daxil olub, lakin fermerlər bu vəsaitdən heç nə almayıblar".

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR