idman

Messidən etiraf: \"Mükəmməl insan deyiləm\"

  • 19 Mar 2018
  • 300 baxış

"Bu dünyadan deyil" dediyimiz Messi iştirak etdiyi tv proqramda hər kəs kimi mükəmməl olmadığını etiraf edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı ulduz 23 yaşına qədər peşəkar futbolçu kimi davranmadığını bildirib:

"Həmin vaxtlar davamlı olaraq şokolad yeyir, qazlı su içirdim. Tez-tez qaytarırdım. Dietoloqa gedəndən sonra azaldı".

>

Aparıcının "Son dəfə nə vaxt ağlamısan?" sualına "axrıncı dəfə ikinci oğlum Mateo doğulanda ağlamışam" deyə cavablandırıb:

"Tiaqo doğulanda qorxmuşdum, nə reaksiya verəcəyimi bilmirdim. Ciro (üçüncü oğlu) doğulanda isə özümü xoşbəxt hiss edirdim".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR