idman

\"Atletiko\"nun braziliyalısı zədələnib

  • 16 Mar 2018
  • 278 baxış

"Atletiko"nun müdafiəçisi Filipe Luis dünya çempionatından kənarda qala bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu Avropa Liqasının 1/8 finalında "Lokomotiv"lə cavab oyununda zədələnib. O, Ederlə toqquşmadan sonra 62-ci dəqiqədə əvəzlənməli olub.

>

Onun sol ayağında problem aşkarlanıb. Luisin bərpa müddəti haqqında məlumat verilmir. Təcrübəli futbolçunun mövsümü artıq başa vurduğu bildirilir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR