İqtisadiyyat

Mərkəzi Bank 250 milyon manat cəlb edir

  • 16 Mar 2018
  • 325 baxış

Martın 19-da Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Mərkəzi Bankdan XalqTV.com-a verilən məlumata görə, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR