idman

UEFA \"Beşiktaş\"ı cəzalandıracaq

  • 16 Mar 2018
  • 294 baxış

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bavariya" ilə qarşılaşan və 1:3 hesabı ilə uduzan "Beşiktaş" UEFA tərəfindən cəzalandırılacaq.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, buna səbəb İstanbul klubunun stadionda təhlükəsizlik tədbirlərinə əməl etməməsidir.

Qitənin ali futbol qurumunun raportunda tribunalar arasında keçidlərin tutulması, meydana kənar əşyaların atılması və s. nöqsanlar yer alıb. Maraqlıdı ki, sözügedən raportun sonuncu bəndi meydana pişik girməsi ilə bağlıdır. Matçın baş hakimi oyun zamanı meydançaya girən pişiyə görə matçı bir neçə dəqiqəlik saxlamağa məcbur olmuşdu.

>

Qeyd edək ki, iki komanda arasındakı ilk oyun Münhen klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR