İqtisadiyyat

Sahibkarlar üçün treninqlər keçirilib

  • 16 Mar 2018
  • 333 baxış

Kürdəmirdə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən XalqTV.com-a verilən məlumata görə, "Made in Azerbaijan" brendi, investisiya təşviqi sənədi, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznesdə İKT-dən istifadə mövzularını əhatə edən treninqlərdə investisiya təşviqi sənədinin alınması və bu sənədi alan sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası, biznesdə sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumat verilib.

>

Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR