idman

\"Marsel\" və \"Latsio\" növbəti mərhələdə

  • 16 Mar 2018
  • 279 baxış

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, baş tutacaq matçlardan sonra bütün 1/4 finalçılar müəyyənləşəcək.

Günə Rusiyada start veriləcək. İlk görüşdə "Atletiko"ya 0:3 hesabı ilə uduzan "Lokomotiv" doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Evdə "Arsenal"la bacarmayan "Milan" isə səfərdə rəqibindən revanş almaq niyyətindədi.

Turnirin güclü komandalarından hesab olunan "Borussiya" ilk görüşdə gözlənilmədən doğma azarkeşləri önündə  "Zalsburq"a uduzmuşdu. Dortmund təmsilçisi Avstriyadakı qarşılaşmada lazım olan nəticəni qazanmaqla, sensasiyaya imkan verməmək arzusundadı.

"Atletik" - "Marsel", "Dinamo" - "Latsio" və "Zenit" - "Leyptsiq" matçlarına da maraq az deyil.

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

"Lokomotiv" (Rusiya) - "Atletiko" (İspaniya) - 1:5

Qollar: Ribus, 20 - Korrea, 17, Saul, 47, Torres, 65 (pen.), 70, Qrizman, 85

İlk oyun: 0:3

"Atletik" (İspaniya) - "Marsel" (Fransa) - 1:2

Qollar: Villiams, 74 - Paye, 38 (pen.), Okampos, 52

İlk oyun: 1:3

"Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya) - 0:2

Qollar: Leyva, 22, De Vrij, 83

>

İlk oyun: 2:2

"Viktoriya" (Plzen, Çexiya) - "Sportinq" (Portuqaliya) - 2:1 (əlavə vaxtda)

Qollar: Bakoş, 6, 64: Battalya (105+2)

İlk oyun: 0:2

"Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 1:1

Qollar: Driussi, 45+1 - Avqustin, 22

İlk oyun: 1:2

"Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) - 

İlk oyun: 2:0

"Zalsburq" (Avstriya) - "Borussiya" D. (Almaniya) - 

İlk oyun: 2:1

"Lion" (Fransa) - MOİK (Rusiya) - 

İlk oyun: 1:0

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR