idman

Millimiz 8 pillə gerilədi

  • 15 Mar 2018
  • 54936 baxış

FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. 

Azərbaycan yığması bu gün açıqlanan siyahıda 8 pillə geriləyib. Komandamız hazırda 243 xalla 127-ci pillədə qərarlaşıb.

Avropa Millətlər Liqasında yığmamızla bir qrupda yer alan komandalara gəlincə, ən yaxşı göstərici Farer adalarına məxsusdu. Bu komanda bir pillə geriləsə də, hazırda 364 xalla 97-ci yerdə qərarlaşıb. Kosovo bir pillə irəliləyib - 97 xalla 176-cı yer. Malta isə əvvəlki mövqeyini qoruyub – 66 xalla 185-ci yer.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR